Zərdabda zəlzələ olub

Zərdabda zəlzələ olub
  05 Oktyabr 2020    Oxunub:1523
Oktyabrın 5-də Zərdab rayonunda maqnitudası 4.1 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azvision.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:56-da qeydə alınıb.

Ocağı 18 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Azvision.az


Teqlər: Zərdab   Zəlzələ  





Xəbər lenti