Narkotacirdən 7 kq marixuana götürüldü

Narkotacirdən 7 kq marixuana götürüldü
  05 Oktyabr 2020    Oxunub:2277
Sabirabad rayon sakinindən narkotik vasitə götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Sabirabad rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəngan kənd sakini E.Muradov saxlanılıb.

Şəxsi axtarış zamanı üzərindən 29 qramdan artıq, evindən isə 7 kiloqram 245 qram marixuana aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: Narkotik  





Xəbər lenti