Qaçırdığı maşınla tutuldu

Qaçırdığı maşınla tutuldu
  06 Oktyabr 2020    Oxunub:3064
Mingəçevir şəhərində avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini C.Novruzov oktyabrın 3-də şəhər ərazisindən “Ford” markalı avtomobilinin qaçırılması barədə məlumat verib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Z.Hüseynov tərəfindən qaçırılması müəyyən edilib. O, avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti