Lənkəranda narkotacir tutuldu

Lənkəranda narkotacir tutuldu
  06 Oktyabr 2020    Oxunub:2251
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Sultanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqram 866 qram tiryək aşkar edilərək götürülüb. Faktla bağlı təhqiqat davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti