Oğul qəza törətdi, anası öldü

Oğul qəza törətdi, anası öldü
  07 Oktyabr 2020    Oxunub:2725
Oktyabrın 6-da saat 13 radələrində Hacıqabul rayonunun Qarasu kəndi ərazisində Bərdə rayon sakini E.Mehdiyev idarə etdiyi “Ravon” markalı avtomobili aşırıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə xəsarət almış sərnişinləri anası Şükufə və həyat yoldaşı xəstəxanaya yerləşdirilib, Ş.Mehdiyeva orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti