Soyğunçuluq edən keçmiş məhkum tutuldu

Soyğunçuluq edən keçmiş məhkum tutuldu
  07 Oktyabr 2020    Oxunub:1552
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edən M.İsmayılov oktyabrın 6-da işlədiyi mağazadan bir nəfərin onun mobil telefonunu açıq talama yolu ilə apardığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Salmanov saxlanılıb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.


Azvision.az



Teqlər: DİN  





Xəbər lenti