Qubada ev yanıb, ölən var

Qubada ev yanıb, ölən var
  08 Oktyabr 2020    Oxunub:1903
Quba rayonunun Ördüc kəndində (rayon mərkəzindən 60 kilometr aralı, mürəkkəb relyefli dağlıq ərazi) ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və və əşyaları yanıb.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi 1932-ci il təvəllüdlü Qeyibov Səfərəli Hacəli oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti