Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
  09 Oktyabr 2020    Oxunub:1434
Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azvision.az -a bildirilib ki, oktyabrın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 19-22, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 8-12 dərəcə isti olacaq.

Azvision.az


Teqlər: Hava   Proqnoz  





Xəbər lenti