Bakıda qətl törədən şəxs tutuldu

  09 Oktyabr 2020    Oxunub : 1167
Bakıda qətl törədən şəxs tutuldu
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə sentyabrın 24-də Tahir Tağıyevin qətlə yetirilmiş meyitinin yaşadığı mənzildə tapılması barədə daxil olan məlumatla əlaqdar dərhal müvafiq tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini E.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Azvision.az

Teqlər: DİN