Şəmkirdə intihara cəhdin qarşısı alındı

Şəmkirdə intihara cəhdin qarşısı alındı
  10 Oktyabr 2020    Oxunub:2226
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Düyərli kəndində 1 nəfər hündürlüyü təqribən 8 m olan dəmir konstrukisyaya çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Azvision.az


Teqlər: Şəmkir   İntihar   Cəhd   FHN  





Xəbər lenti