Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq
  11 Oktyabr 2020    Oxunub:2679
Oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-16, gündüz 19-23, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Oktyabrın 12-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-26, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.

Azvision.az


Teqlər: Hava   Proqnoz  





Xəbər lenti