Gəncəyə raket hücumu nəticəsində ölənlərin sayı 10-a çatdı

 Gəncəyə raket hücumu nəticəsində ölənlərin sayı 10-a çatdı
  12 Oktyabr 2020    Oxunub:3380
Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olmuş, 35 nəfər yaralanmış, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.
Baş Prokurorluqdan Azvision.az -a verilən məlumata görə, 12.10.2020-ci il tarixdə yaralı şəxslərdən biri 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

Hazırda digər yaralı şəxslərin stasionar şəkildə müalicələri davam etdirilir.

Azvision.az


Teqlər: Gəncə  





Xəbər lenti