Daha 52 şagirddə koronavirus aşkarlandı

Daha 52 şagirddə koronavirus aşkarlandı
  12 Oktyabr 2020    Oxunub:2409
Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı növbəti məlumat açıqlanıb.
Təhsil Nazirliyindən Azvision.az-a bildirilib ki, 2 şagirdin bədən hərarəti 37 dərəcədən yuxarı olub. 52 şagird, işçi heyətdən 16 nəfər isə koronavirusa yoluxub.

10 məktəbdə və 15 sinifdə dərslər təhsilin distant formasına keçirilib. Beləliklə, respublika üzrə distant təhsilə keçid etmiş məktəblərin sayı 20-yə, siniflərin sayı isə 55-ə çatıb.

Azvision.az


Teqlər: Şagird   Virus  





Xəbər lenti