Sürücünü bıçaqla hədələyib pulunu aldılar

Sürücünü bıçaqla hədələyib pulunu aldılar
  13 Oktyabr 2020    Oxunub:2642
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə oktyabrın 12-də saat 16 radələrində C.Xəndan küçəsində Bakı şəhər sakini G.Qarayevin idarə etdiyi “Priora” markalı avtomobildə olan 2 sərnişinin onu bıçaqla hədələyib 35 manat pulunu alması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunan T.Qafarov müəyyən edilərək saxlanılıb, digər bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti