Binəqədidə narkotacir tutuldu

Binəqədidə narkotacir tutuldu
  13 Oktyabr 2020    Oxunub:2376
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan İ.Şahverdiyev saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun “Mercedes” markalı bir avtomobildən 230 manat pul və bank kartı oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti