Bakıda qaçırılan avtomobillə qəza törədilib

Bakıda qaçırılan avtomobillə qəza törədilib
  14 Oktyabr 2020    Oxunub:1395
Oktyabrın 13-də saat 14 radələrində Xaçmaz RPŞ-yə şəhər ərazisindəki avtomobillərin yuyulması məntəqələrinin birindən şəhər sakini A.Zeynalovun “Lexus” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün səkiyə vurulan vəziyyətdə şəhər ərazisində tapılıb.

Nəqliyyat vasitəsini qaçıranın şəxsiyyəti isə müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər:





Xəbər lenti