Metroda dezinfeksiya işləri gücləndirilir

Metroda dezinfeksiya işləri gücləndirilir
  15 Oktyabr 2020    Oxunub:1741
Bakı metrosunda dezinfeksiya işlərinin gücləndirilməsi və sərnişinlərin mövcud qaydalara riayət etməsi istiqamətində nəzarət tədbirləri gücləndirilib.
Azvision.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, koronavirus pandemiyası ilə mübarizə tədbirləri iki istiqamətdə aparılır: “Ən vacib məsələlərdən biri dezinfeksiya tədbirlərinin tam qaydalara uyğun şəkildə aparılmasıdır. Cari dövrdə sərnişin axını nəzərə alınaraq, dezinfeksiya tədbirlərimiz daha da intensivləşdirilib. Sərnişinləri sosial məsafəyə riayət etməyə dəvət edirik. Ümumiyyətlə, bu gün hər kəs öz üzərinə düşən məsuliyyəti hiss etməli və mövcud qaydalara riayət etməlidir ki, əsgərlərimizin gözü yolda qalmasın”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Bakı   Metro  





Xəbər lenti