Ermənilər Füzulidə narkotik istehsal edirmişlər - VİDEO
Güman ki, burada narkotik maddələrin istehsalı təkcə satmaq məqsədilə həyata keçirilməyib. Böyük ehtimalla, nəzarətsiz torpaqlarımızda toplaşan başıpozuq dəstələrin üzvlərini ora həm də narkotika cəlb edirmiş. Yəni müxtəlif etnik qrupları və radikal ideologiyaları təmsil edən terrorçuları Qarabağa çəkib gətirən təkcə pul yox, həm də “narkotika cənnəti” haqda vədlər olub.
Əlbəttə ki, regionda olan erməni əsgərləri və cinayətkar qurumun səfərbərliyə aldığı şəxsləri zombiləşdirmək üçün də narkotika xeyli rahat yoldur. Qorxunu və təhlükə qavrayışını azaldır, “cəsarəti” artırır – aciz əsgərləri hücuma yollamaq üçün başqa nə lazımdır ki?!
Beləliklə, aydın olur ki, Ermənistan hökuməti əsgərinin beynini “formatlamaq” üçün təkcə saxta təbliğatdan yox, həm də daha kəsərli vasitələrdən istifadə edirmiş…
Azvision.az