Maşın oğrusu iş başında ələ keçdi

Maşın oğrusu iş başında ələ keçdi
  15 Oktyabr 2020    Oxunub:1701
Oktyabrın 14-də Gədəbəy RPŞ-yə Zəhmət kəndi ərazisindən kənd sakini F.Kərimova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılmasına cəhd göstərilməsi barədə bağlı məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmağa cəhd etməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əsgərov saxlanılıb. Araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti