Soyğunçuluq edən keçmiş məhkum tutuldu

Soyğunçuluq edən keçmiş məhkum tutuldu
  15 Oktyabr 2020    Oxunub:1612
Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini A.Mövsümova oktyabrın 13-də saat 20 radələrində S.Vurğun küçəsində bir nəfərin ona zor tətbiq edib içərisində sənəd və bank kartı olan pulqabısını aldığını bildirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunan E.Həsənov müəyyən edilərək saxlanılıb.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti