Qadını bıçaqla hədələyib pulunu aldı

Qadını bıçaqla hədələyib pulunu aldı
  15 Oktyabr 2020    Oxunub:2451
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Kərimovanı bıçaqla hədələyərək 1200 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən M.Yetimov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ətrafında aparılmış tədbirlərlə onun Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olması müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti