Bakının Baş Planı BNA ilə müzakirə edildi

Bakının Baş Planı BNA ilə müzakirə edildi
  16 Oktyabr 2020    Oxunub:2990
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının Baş Planının ilkin layihəsini Bakı Nəqliyyat Agentliyi (BNA) ilə müzakirə edib.
Komitədən Azvision.az -a verilən məlumata görə, görüşdə Baş plana əsasən paytaxtın yeni nəqliyyat sistemi və küçə-yol şəbəkəsinin 2020-2040-ci illər ərzində inkişafı hədəfləri haqqında təqdimat edilib, Bakı sakinlərinin mobilliyini təmin etmək məqsədilə sənəddə öz əksini tapmış çoxnövlü nəqliyyat sisteminin yaradılması üzrə təklif edilən tranzit qovşaqları, küçə-yol şəbəkəsi, mühəndis-kommunikasiya təminatı sistemləri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

Vurğulanıb ki, bu hədəflərin reallaşması məqsədi ilə Baş planda küçə-yol şəbəkəsinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, velosiped yolları şəbəkəsinin qurulması, xüsusi avtobus zolaqları sisteminin genişləndirilməsi və yeni tranzit qovşaqlarının yaradılması, metro, dəmiryolu nəqliyyatının inkişaf etdirilməsi nəzərdə tutulub.

Baş Planın yekun layihəsinin hazırlanması işi çərçivəsində digər aidiyyəti qurumlarla da müvafiq təqdimat və müzakirələrin keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, sənədin təkmilləşdirilməsi prosesi çərçivəsində Komitə sözügedən ilkin layihənin aidiyyatı təşkilatlarda və ixtisaslaşmış dairələrdə müzakirəsini də təşkil edir.

Azvision.az


Teqlər: Bakı   Baş-plan   BNA  





Xəbər lenti