Komendant saatını pozan şəxsdən tüfəng götürülüb

Komendant saatını pozan şəxsdən tüfəng götürülüb
  17 Oktyabr 2020    Oxunub:2029
Oktyabrın 16-da saat 22 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakini P.İzzətov idarə etdiyi “Mercedes” markalı avtomobillə komendant saatı rejimini pozduğuna görə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, avtomobilə baxış zamanı oradan nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti