Cəbhəboyu ərazilərdə mərmi qalıqları aşkarlanıb
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd dron, 1 ədəd bombacıq, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteroloji radiopelenqator və 14 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd bombacıq, 1 ədəd dron zərərsizləşdirilib, 1 ədəd dron isə işarələnib və növbəti iş günü partlayış yolu ilə zərərsizləşdirilməsi məqsədəuyğun hesab edilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 2028 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Azvision.az
Teqlər: ANAMA