Vətən müharibəsinin “Cinema Radio” cəbhəsi

Vətən müharibəsinin “Cinema Radio” cəbhəsi
  18 Oktyabr 2020    Oxunub:3215
Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda başladığı Vətən müharibəsinin ilk günlərindən “Cinema Radio” Kino Radio Kanalı öz efir siyasətində dəyişikliklər edib.
Dünya kino bazarında baş verən yeniliklərdən söhbət açan “Özgə Cinema” rubrikasının müddəti azadılıb. “Doğma Cinema” və “Dost Cinema” rubrikalarının müddəti artırıldı. Bu günə qədər istehsal edilmiş, Qarabağ həqiqətlərini bu və ya digər şəkildə çatdırmağa çalışan milli filmlərimizin təbliğinə daha çox yer verildi. Bu filmlərdə çalışmış, eyni zamanda Birinci Qarabağ Müharibəsində peşə borcunu yerinə yetirmiş kinematoqrafçılarımız studiyaya dəvət edilir. Eyni zamanda gənc nəsil kinematoqrafçılarla Qarabağ mövzusunda söhbətlər aparılır.

Bu qəbildən buraxılışlardan birində qonaq olmuş Əməkdar İncəsənət xadimi, rejissor-operator Nizami Abbas Birinci Qarabağ müharibəsi dövründə kamerası ilə birlikdə keçdiyi yoldan, döyüş kadrlarını lentə almasından danışıb. Bundan başqa Kino Radio Kanalın aryılmaz hissəsi olan soundtrack-lər əsasən milli vətənpərvər, hərbi filmlərimizdən, o cümlədən bu ruhda çəkilmiş əcnəbi filmlərdən seçilərək dinləyicilərə təqdim edilir. “Fakt Cinema” rubrikası isə, hərbi-vətənpərvərlik, müharibə mövzularında çəkilmiş “Sıravi Rayanı xilas etməli”, “On üç gün”, “Atalarımızın bayrağı”, “Dünkerk”, “1917” kimi əcnəbi ekran əsələrinin çəkiliş meydançasında yaşanan maraqlı məqamları dinləyicilərin diqqətinə çatdırır.



Qeyd edək ki, “Cinema Radio” Kino Radio Kanalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Avto FM-in dəstəyi ilə “AzerNyuMedia” Şirkəti (istehsal və sahiblik hüquqları) tərəfindən istehsal edilir. Kino Radio Kanalın aparıcı RJ Yaqut, səs rejissoru Samir Əsədov, musiqi rəhbəri Yaşar Baxış, layihənin rəhbəri isə Kamran Qasımovdur. Kino Radio Kanalı hər şənbə günorta saat 3-də, təkrarını isə bazar günü səhər saat 11-də Avto FM-də (107.7) izləyə bilərsiniz.

Bütün yollar Qarabağa aparır!




Teqlər: Cinema-Radio  





Xəbər lenti