Xəbərdarlıq: Güclü külək, leysan olacaq
Qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Oktyabrın 20-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azvision.az