“İnstagram”da narkotiki təbliğ edən şəxs tutuldu
Təyin edilmiş ekspertizaların nəticəsində Rəşid Məmmədovun mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.
Rəşid Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq toplanmış materiallar məhkəməyə göndərilib. Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən həmin şəxs 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Azvision.az
Teqlər: İnstagram Narkotik Təbliğ