Ermənilərin atdığı mərmilər yanğınlara səbəb oldu
Tərtər rayonunda vətəndaşa məxsus fərdi yaşayış evinə düşən mərmi yanğın törədib. Lakin ərazi intensiv atəş altında saxlanıldığından yanğına müdaxilə edilməsi mümkün olmayıb.
Ermənistan silahlı qüvvələrinin Daşkəsən rayonuna atdığı mərmi meşə ərazisində kol-kosun alovlanmasına səbəb olub. Yanğınsöndürmə qüvvələri yanğını söndürərək ətraf əraziyə yayılmasının qarşısını alıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.
Azvision.az