Ovannisyan Azərbaycanın gücünü fövqəldövlətlərlə müqayisə etdi

  21 Oktyabr 2020    Oxunub : 15462
 Ovannisyan Azərbaycanın gücünü fövqəldövlətlərlə müqayisə etdi
Azərbaycan Silahlı Qüvvələrinin yalnız kəmiyyət yox, həm də texniki üstünlüyü var.
Bunu Ermənistan müdafiə nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan İctimai TV-nin efirində deyib. Onun sözlərinə görə, bəzi sahələrdə Azərbaycanın gücü Ermənistanın gücünü 12 dəfə üstələyib.

"On iki dəfə çox, bunun nə olduğunu başa düşürsünüz? Bu, demək olar ki, müharibə tarixində heç vaxt olmayıb və ya çox nadir hallarda olub", - A.Ovannisyan bildirib.

O vurğulayıb ki, hazırda Qarabağda fövqəldövlətlərin arsenalında olan texnikalar tətbiq edilir. O qeyd edib ki, ən yeni Türkiyə və İsrail texnologiyalarından istifadə olunur.

"Bu, yeni PUA-lar, yüksək dəqiqlik raketləri, raket-artilleriya kompleksi, REB sistemləridir. Biz beşinci nəsil müharibəsini görürük. Bütün mexanizmlər hər iki tərəfdən uyğun deyil, lakin yüksək texnologiyalar seqmentinə böyük diqqət ayrılıb", — deyə Ovannisyan qeyd edib.

Azvision.az

Teqlər: Ovannisyan