Karantin tələblərini pozan mehmanxanalar aşkarlandı
Keçirilən reydlər zamanı sahibkarlıq subyektlərinə, orada çalışan işçi heyətə qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər, maarifləndirici tövsiyələr verilib və mehmanxanaların ictimai iaşə zonalarına xəbərdaredici, maarifləndirici lövhələr yerləşdirilib.
Qida Təhlükəsizliyi Agentliyi həmin sahədə fəaliyyət göstərən sahibkarlara müraciət edərək bir daha bildirir ki, istehlakçıların və işçi heyətin sağlamlığının qorunması istiqamətində mehmanxanaların ictimai iaşə məkanlarında xidmətlərin təşkili Nazirlər Kabinetinin müvafiq Qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.
Hazırda mehmanxanalarda yoxlama-nəzarət, təbliğat və maarifləndirmə tədbirləri davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində əldə olunan müsbət dinamikanın qorunub saxlanılması və koronavirusla effektiv mübarizənin davam etdirilməsi üçün hər bir sahibkarlıq subyektinin qanunvericilik çərçivəsində fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.
Azvision.az
Teqlər: AQTA Mehmanxana