Təmir sexindən maşın oğurlayan şəxs tutuldu

Təmir sexindən maşın oğurlayan şəxs tutuldu
  23 Oktyabr 2020    Oxunub:2522
Nəsimi rayonunda avtomobil oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini C.Məmmədov oktyabrın 11-dən 22-dək olan müddətdə H.Seyidzadə küçəsindəki avtomobillərin təmiri sexlərinin birindən “QAZ-21105” markalı nəqliyyat vasitəsinin qaçırıldığını bildirib.

Avtomobili oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Kazımov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı təhqiqat davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti