Bakıda onlayn narkotik satanlar saxlanıldı
Onun üzərinə baxış zamanı müxtəlif xassəli narkotik vasitələr aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq N. Əhmədovaya onlayn yolla narkotik vasitələr satan, paytaxt sakini Ruslan Şeyxov da saxlanılaraq Səbail Rayon Polis İdarəsinə gətirilib. Onun yaşadığı mənzilə baxış zamanı 4 ədəd bağlamada və 17 ədəd kibrit qutusunda ümumi çəkisi 6 kiloqram 8 qram olan narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslər külli miqdarda narkotik vasitənin satışını təşkil etmək istəyiblər.
Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: DİN