Bakıda evdən 30 minlik oğurluq edilib

Bakıda evdən 30 minlik oğurluq edilib
  24 Oktyabr 2020    Oxunub:2862
Bakıda mənzildən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazindəki evlərin birindən 750 manat, 2000 ABŞ dolları, 6600 manat dəyərində 2 ədəd televizor və 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri C. Əliyev və A. Əliyev saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti