Cəlilabadda at əti satanlar saxlanıldı

Cəlilabadda at əti satanlar saxlanıldı
  26 Oktyabr 2020    Oxunub:2003
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qidaya yararsız at ətlərinin kəsimi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşları tərəfindən mənşəyi məlum olmayan ət məhsullarının satışında şübhəli bilinərək saxlanılmış Cəlilabad rayonunun Sərhədabad kənd sakini C.Mirzəyevin idarə etdiyi “VAZ” markalı avtomobilə baxış keçirilib. Baxış keçirilən zaman oradan 34 kiloqram sümüksüz at əti aşkar edilərək götürülüb.

Həmin ət məhsulunun Cəlilabad rayonunun Sərhədabad kənd sakini T.Qasımov tərəfindən hazırlandığı müəyyən edilib. Araşdırmalarla T.Qasımovun müxtəlif şəxslərdən ucuz qiymətə aldığı atları yaşadığı Sərhədabad kəndində kəsdiyi və sümükdən ayrılan ətlərin mal əti adı ilə satıldığı məlum olub.

Həmin ətlərin satışının təşkilində onunla əlbir olan Cəlilabad şəhər sakini Ə.Həsənov da müəyyən edilərək saxlanılıb. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: Cəlilabad   DİN  





Xəbər lenti