Şamaxı sakini həmyerlisini bıçaqlayaraq öldürdü

Şamaxı sakini həmyerlisini bıçaqlayaraq öldürdü
  26 Oktyabr 2020    Oxunub:2092
Oktyabrın 24-də Şamaxı şəhər sakini Samir Əhmədovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Şamaxı Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla bu cinayət əməlinin şəhər sakini X.Əliyev tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində X.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: Şamaxı   Qətl  





Xəbər lenti