Ermənistan Bərdəyə raket atıb: Ölənlər və yaralılar var - (YENİLƏNİB)
“Bu gün Ermənistan Müdafiə Nazirliyi sərt zərbə endirəcəyinə dair açıqlama vermişdi. Bununla onlar mülki şəxsləri, uşaqları və qadınları nəzərdə tuturlar”, - H.Hacıyev qeyd edib.
***
Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi vəhşicəsinə pozaraq Azərbaycanın Bərdə bölgəsindəki mülki əhaliyə raketlərlə hücum edib.
Azvision.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsinə yazıb.
O deyib: “Bu dəhşətli hücum nəticəsində 3 mülki şəxs öldürülüb, dörd mülki yaralanıb. Ermənistanın hərbi cinayətləri dayandırılmalıdır".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: HikmətHacıyev