Düşmən təcavüzünün qurbanı olan daha bir məktəbli

 Düşmən təcavüzünün qurbanı olan daha bir məktəbli
  28 Oktyabr 2020    Oxunub:2870
"Ermənistan silahlı qüvvələrinin dinc əhalimizə qarşı cinayət əməlləri davam etməkdədir. Təəssüf ki, bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub"
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev "Facebook" hesabında yazıb.

"Həlak olan Aysu İsgəndərova Bərdə rayonu Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi idi. Allahdan şagirdimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm!"

Xatırladaq ki, bu gün Ermənistan ordusunun Bərdə rayonunu raket və ağır artilleriyadan atəşə tutması nəticəsində 4 mülki şəxs həlak olub, 13 nəfər yaralanıb.

Azvision.az


Teqlər: Təhsil   Məktəb   Bərdə  





Xəbər lenti