Ermənilərin öldürdüyü 7 yaşlı Aysun dəfn edildi

 Ermənilərin öldürdüyü 7 yaşlı Aysun dəfn edildi
  28 Oktyabr 2020    Oxunub:4433
Ötən gün Ermənistan ordusunun Bərdə rayonu ərazisinə raket hücumu nəticəsində həlak olan 7 yaşlı Aysu İsgəndərova dəfn edilib.
Azvision.az -ın məlumatına görə, Aysu İsgəndərova Qarayusifli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, oktyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunu raket və ağır artilleriyadan atəşə tutması zamanı 4 mülki şəxs həlak olub, 14 nəfər yaralanıb.

Həlak olan vətəndaşlarımızdan biri 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızıdır. Onun 3 yaşlı bacısı Tahirə İsgəndərova da yaralanıb. Ümumilikdə yaralılardan 4-ü azyaşlıdır.


(Fotoda sağdan birinci Aysu İsgəndərova, soldan birinci isə onun bacısı Tahirədir)

Azvision.az


Teqlər: Aysu-İsgəndərova   Bərdə   Dəfn  





Xəbər lenti