Avtobus piyadanı vurub öldürdü

  28 Oktyabr 2020    Oxunub : 1140
Avtobus piyadanı vurub öldürdü
Paytaxtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Məmmədov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən qəsəbə sakini Müşfiq Həsənalıyevi vurub. Ağır xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN