Gəncədə silsilə oğurluq edən şəxs tutuldu

Gəncədə silsilə oğurluq edən şəxs tutuldu
  30 Oktyabr 2020    Oxunub:1578
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-dən oktyabrın 15-dək olan müddətdə Gəncə şəhəri ərazisindəki 3 evdən samovar, kondisioner, təmir-tikinti alətləri, 1 avtomobildən akkumulyator və A.Cəfərovanın velosipedini oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunan O.Rzayev saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti