Keçmiş məhkum yenidən cinayət törətdi

Keçmiş məhkum yenidən cinayət törətdi
  30 Oktyabr 2020    Oxunub:1451
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-dan oktyabrın 9-dək olan müddətdə Gəncə şəhəri ərazisindəki evlərdən birinin damından su mühərriki, 3 avtomobildən isə pul, akkumulyator, maqnitofon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Sadıqov saxlanılıb.


Azvision.az


Teqlər:





Xəbər lenti