Tovuz və Ağcabədidə ev yanıb

Tovuz və Ağcabədidə ev yanıb
  31 Oktyabr 2020    Oxunub:1938
Tovuz rayonunun Alakol kəndində ümumi sahəsi 124 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Ağcabədi rayonunun Boyat kəndində ümumi sahəsi 168 m² olan evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürlüb.​

Azvision.az


Teqlər: Ev   Yanğın   FHN  





Xəbər lenti