Sumqayıtlı narkotacir ələ keçdi

Sumqayıtlı narkotacir ələ keçdi
  31 Oktyabr 2020    Oxunub:2361
Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Sabunçu rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini R.İbrahimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 104 qramdan artıq heroin və 2 kiloqrama yaxın tiryək götürülüb.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti