3 yaşlı uşaq 65 saatdan sonra dağıntılar altından çıxarıldı

3 yaşlı uşaq 65 saatdan sonra dağıntılar altından çıxarıldı
  02 Noyabr 2020    Oxunub:2340
İzmirdə güclü zəlzələ nəticəsində dağıntılar altında qalan azyaşlı xilas edilib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 yaşlı Elif Perinçek zəlzələdən 65 saat sonra dağıntılar altından çıxarılıb.

Xatırladaq ki, Türkiyənin İzmir şəhərində baş vermiş 6,6 bal gücündə zəlzələ nəticəsində 79 nəfər həlak olub, 962 nəfər xəsarət alıb. Xəsarət alanlardan 743-ü tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanalarda 219 nəfərin müalicəsi davam etdirilir.

Azvision.az


Teqlər: Türkiyə   İzmir   Zəlzələ  





Xəbər lenti