Oğurluq edən qardaşlar tutuldu - FOTO
Şöbədə araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər oğurladıqları dəmir qurğuları metal qəbulu ilə məşğul olan Niyazı adlı şəxsə satıblar. Əməliyyat zamanı su ötürücü barmaqlıqları oğurluq olduğunu bilə-bilə alan paytaxt sakini Niyazi Fərəcov da saxlanılıb. Bu şəxslərin yaşadıqları ünvanlara və işlədikləri yerlərə baxış zamanı oğurlanan su ötürücü barmaqlıqların bir hissəsi aşkar olunub maddi sübut kimi götürülərək Polis Şöbəsinə gətirilib.
Qeyd olunan faktlarla bağlı cinayət işinin istintaqının aparılması üçün toplanan materiallar Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib. Araşdırma zamanı Şahmalı və Nizami Əzimovların paytaxtın müxtəlif nöqtələrindən 90 ədəd su ötürücü qurğular oğurladığı və ümumilikdə yol infrastrukturuna 12 min manata yaxın maddi ziyan vurduqları məlum olub.
Bu şəxslərin digər qanunsuz əməllərindən zərərçəkən vətəndaşlar varsa Bakı şəhər Baş Polis İdarəsinə, Xətai RPİ-nin 37-Polis Şöbəsinə, eləcə də ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.
Azvision.az