Erməni təxribatı nəticəsində 2488 ev yararsız vəziyyətə düşüb

  03 Noyabr 2020    Oxunub : 1447
 Erməni təxribatı nəticəsində 2488 ev yararsız vəziyyətə düşüb
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb.

Bundan başqa, 461 mülki obyekt, 97 çoxmənzilli yaşayış binası və 2 488 yaşayış evi yararsız vəziyyətə düşüb.



Azvision.az

Teqlər: Baş-Prokurorluq