Çilov adasında köməksiz qalan şəxs xilas olunub

Çilov adasında köməksiz qalan şəxs xilas olunub
  03 Noyabr 2020    Oxunub:2588
Çilov adası istiqamətində “SOCAR”ın “Geo­fizika və Geologiya İdarəsi” tərəfindən seysmik-kəşfiyyat işlərinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinə məxsus üzmə vasitəsinin mühərrikində texniki na­sazlıq yaranıb və küləyin təsiri nəticəsində 1 (bir) nəfər heyətlə dənizin dərin­liyinə doğru səmtlənib.
Dövlət Sərhəd Xidmətindən Azvision.az -a verilən məlumata görə, üzmə vasitəsi ilə rabitə əlaqəsinin kəsilməsi səbə­bindən onun dəqiq mövqeyini müəyyən etmək mümkün olmayıb.

Üzmə vasitəsinin axtarışına köməklik göstərilməsi barədə daxil olmuş mü­ra­ciətlə əlaqədar dərhal Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin növbətçi gəmisinə üzmə vasitəsinin axtarışı barədə göstəriş verilib və axtarış-xilasetmə tədbirlərinə başlanılıb.



Sərhəd gözətçi gəmisi tərəfindən qaranlıq hava şəraitində həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində Çilov adasından cənub-qərb istiqamətdə, sahildən 7 mil məsafədə dənizdə estakadaya burazlanmış qayıq aşkar edilərək yedəyə alınıb, qayıqda olan şəxs - 1978-ci il təvəllüdlü Bakı şəhər sakini Balayev Həsən Böyükağa oğlu sərhəd gözətçi gəmisinin bortuna götürülüb və ona ilkin tibbı yardım göstərilib.

Dövlət Sərhəd Xidmətinin dəniz sərhədçiləri tərəfindən xilas edilmiş şəxs ”Geofizik-3” elmi-tədqiqat gəmisinə təhvil verilib.



Azvision.az


Teqlər: DSX   Çilov-adası  





Xəbər lenti