Bakıda təcili yardımın həkimi soyuldu

   Bakıda təcili yardımın həkimi soyuldu
  04 Noyabr 2020    Oxunub:2354
Noyabrın 3-də Nəsimi rayonunun Cavadxan küçəsindəki Təcili Yardım Stansiyasında bir nəfərin həkim Q.Hüseynovanın pulqabısından 1010 manat pulu açıq talama yolu ilə aparması barədə 19-cu Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş V.Əlizadə müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti