Suyğunçuluq edənlər ələ keçdi

Suyğunçuluq edənlər ələ keçdi
  04 Noyabr 2020    Oxunub:2759
Şirvan Şəhər Polis Şöbəsinə noyabrın 3-də şəhər ərazisində bir nəfərin şəhər sakini N.Rəhimliyə qarşı zor tətbiq edib 15 manat pulunu və mobil telefonunu alması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən həmin şəxsin şəhər sakini S.Mehrabov olması müəyyən edilib və o, saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma aparılır.

Anoloji hadisə noyabrın 3-də Nizami rayonunun H.Əliyev prospektində qeydə alınıb. Belə ki, naməlum şəxs Şabran rayon sakini A.Şahbazovaya zor tətbiq edib içərisində 100 manat və sənəd olan çantasını alıb. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini X.Umudov ərazidə xidmət aparan Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Nizami RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti