“Qarabağ münaqişəsində Azərbaycan tək deyil” - Binəli Yıldırım

  04 Noyabr 2020    Oxunub : 2367
“Qarabağ münaqişəsində Azərbaycan tək deyil” -  Binəli Yıldırım
"Azərbaycanın Qarabağın işğaldan azad olunması yolunda əldə etdiyi qələbələrdən qürur duyuruq. Dağlıq Qarabağ münaqişəsində Azərbaycan tək deyil".
Azvision.az xəbər verir ki, bunu Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırım Naxçıvana səfəri zamanı deyib.

B.Yıldırım bildirib ki, Türkiyə hər zaman Azərbaycanın haqq mübarizəsində onun yanında olub, bu gün də yanındadır: "2009-cu ildə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının əsası Naxçıvanda qoyuldu. Mustafa Kamal Atatürkün türk qapısı adlandırdığı Naxçıvan türk coğrafiyasını Anadolu ilə birləşdirir. Naxçıvan Muxtar Respublikasının inkişafından böyük qürur duyuruq. Bugünkü səfərimizin məqsədi də bərabərlik və həmrəyliyimizi ifadə etməkdir. Ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Starteji Əməkdaşlıq Şurasının bu il keçirilən iclasında qəbul edilən Qars-Naxçıvan dəmir yolu və qaz boru kəməri layihəsinin təsdiq olunması mühüm əhəmiyyət daşıyır. Türkiyə bundan sonra da Azərbaycanın və Naxçıvanın yanında olacaqdır".

Azvision.az

Teqlər: Türkiyə   Binəli-Yıldırım